AZ

Türkiyədə ağır qəza - 13 yaralı var

Türkiyədə ağır yol qəzasında bir neçə nəfər xəsarət alıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tokat-Sivas şosesində sərnişin avtobusu idarəetmədən çıxaraq TIR-a çırpılıb.

Hadisə nəticəsində 13 nəfər xəsarət alıb. Əraziyə təcili tibb yardım, polis, jandarm cəlb olunub.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Qeyd edilir ki, ərazidə pis hava şəraiti mövcuddur.

Seçilən
74
4
manset.az

6Mənbələr