AZ

Dünyanın ən əsas problemi ilə Azərbaycan necə mübarizə aparacaq?

Bakı. Trend:

Artıq yer üzündə bu ikihərfli sözdən əzəmətli heçnə yoxdur:Su!

Nağıllarda, dini rəvayətlərdə sudan qorunmaq üçün nəhəng gəmilərtikilirdisə, bu gün nəhəng anbarlar yaradıb suyu qorumağaməcburuq.

Bəli, alimlərin illər əvvəl verdiyi qorxunc proqnozlarlaüz-üzəyik: XXI əsrin ən böyük problemi sudur. Şirin su təkcə böyükşəhərlərin deyil, ovuc içi boyda kəndlərin də bəlasınaçevrilir.

Bu quraqlıq, susuzluq bəlasına bu gün, demək olar, bütün dünyamübtəla olmaqdadır.

Artıq su anlayışı iqlim, ekoloji problem kontekstindən çıxaraqgeosiyası çağırışa çevrilib. Bu gün su, daha-doğrusu susuzluqdövlətlərarası, qitələrarası müzakirə predmetidir. Su ehtiyatı olanregionlar bir zamanlar qızıl, almaz ehtiyatları ilə zəngintorpaqlar qədər əhəmiyyət qazanıb. Çünki bu gün dünyada 2,2 milyardinsan təhlükəsiz içməli suya çıxış əldə edə bilmir, ən dəhşətlisiisə budur ki, dünya əhalisinin yarıdan çoxu, yəni 4 milyard insanildə ən azı 1 ay ağır su stressi yaşayır. İnsan artımı, iqlimdəyişikliyi, sənayenin inkişaf gedişatı artıq bu proqnozu faktaçevirməkdədir: 2050-ci ilə qədər daha 1 milyard insan ekstremal suqıtlığı yaşayacaq.

Bir zamanlar filmlərə mövzu olan, çoxlarına fantastik görünən sumüharibələri artıq reallığa çevrilir. Bəşəriyyət dəhşətli birdramla üz-üzə qalmaqdadır. Su resurslarının çatışmazlığı ucbatındanölkələr arasında gərginliklər artıq göz önündədir. Ötən ilHindistanın Pakistanla su müqaviləsini dayandırması yeni müharibəyəsəbəb oldu. Dünya artıq su müharibələrini yaşamaqdadır. Nil çayıhövzəsindəki ölkələr arasındakı gərginlikləri də bura əlavə etsək,problemin miqyası ağır bir startı işarə verir.

Azərbaycan dünyanın ən bol resurslu regionlarından birində -Qafqazda yerləşsə də, Qafqaz da artıq susuzluq problemləri iləüz-üzə qalmaqdadır. Nəzərə almalıyıq ki, Azərbaycan Cənubi Qafqazınən az su resurslarına malik ölkəsidir. Cənub qonşumuz olan İranartıq dəfələrlə susuzluq barədə həyəcan siqnalı səsləndirib. Bu dao deməkdir ki, susuzluq problemi bütün qüvvəsi iləgüneyimizdədir.

Azərbaycanın qarşısındakı susuzluq probleminə diqqət etdikdə ilkpozitiv mənzərə dövlətin zamanında bu problemə xüsusi diqqətayırması, susuzluğun qarşısının alınması üçün davamlı stratejiaddımlar atmasıdır.

Prezident İlham Əliyevin onillər əvvəldən su problemmövzusundakı çıxışlarına nəzər saldıqda görünür ki, ölkəmizdə su vəmeliorasiya problemlərinin həlli, əhalinin içməli su ilə etibarlıtəminatı dövlətin müəyyən etdiyi əsas prioritetistiqamətlərdəndir.

20 il əvvəl 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev sutəchizatı və meliorasiya sahəsində görülən işlər və perspektivlayihələrlə bağlı Prezident sarayında keçirdiyi müşavirədə sutəchizatını qarşıdakı illərdə xüsusi diqqət tələb edən əsasproblemlər siyahısına salmışdı.

20 ildən artıq davam edən silsilə dövlət diqqəti sayəsindəAzərbaycan bəşəriyyətin bir nömrəli probleminə - susuzluqprobleminə qarşı uğurlu layihələrlə sədd çəkməyi bacarır.

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeronyarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinintəkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədəsu problemi ilə bağlı həyata keçirilən layihələrdən söz açılarkən20 illik bir konsepsiya göz önünə gəlir.

Son 20 ildə ölkədə 500 milyon kubmetrdən artıq tutuma malik dördböyük su anbarı inşa edilib. “Taxtakörpü” və “Şəmkirçay” suanbarları Bakının, Abşeron yarımadasının və qərb bölgələrinin sutəminatında həlledici rol oynayıb. Samur-Abşeron kanalı vəOğuz-Qəbələ-Bakı su kəməri yenidən qurularaq Bakının dayanıqlı sutəminatının əsas dayaqlarına çevrilib. “Ceyranbatan” su anbarı vəsutəmizləyici kompleksi tam modernləşdirilib.

Qlobal iqlim dəyişikliyi, yağıntıların azalması və suyatələbatın artması fonunda su çatışmazlığı riski güclənib.Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 75%-i ölkəxaricində formalaşır ki, bu da məsələni strateji və həssas edir. Busəbəbdən su ehtiyatlarının sistemli idarə edilməsi, itkilərinazaldılması, rəqəmsal nəzarətin gücləndirilməsi əsas hədəf kimimüəyyən edilib.

Azərbaycan Cənubi Qafqazın ən az təbii şirin su ehtiyatına malikölkəsi olması ilə yanaşı 30 ilə yaxın mövcud su mənbələrinintəxminən ¼-i işğal altında olub. Bir qərinəyə yaxın zaman kəsiyindəAzərbaycan təkcə su ehtiyatlarının 25%-dən məhrum edilməyib, həm dəErmənistanın su terroruna məruz qalıb, su anbarları dağıdılıb, çaysularının kortəbii istismarı nəticəsində təbii axınlar quruyub,çayların flora və faunası məhv olub.

İşğala son qoyulandan sonra isə azad olunan ərazilərdə təkcəiqtisadi, sosial, mədəni infrasturuktur deyil, eyni zamanda təbiiresursların bərpası istiqamətində də aktiv layihələr həyatakeçirilib.

Qarabağ və Şərqi Zəngəzurda su ehtiyatları üzərində nəzarətbərpa olunduqdan sonra “Sərsəng”, “Suqovuşan”, “Xaçınçay”,“Köndələnçay”, “Zabuxçay” su anbarları yenidən qurulub, “Həkəriçay”və “Bərgüşadçay” su anbarlarının tikintisi planlaşdırılıb. Buərazilərdə formalaşan su ehtiyatları ölkənin ümumi sutəhlükəsizliyində mühüm paya malikdir.

Bakıda və Abşeron yarımadasında mövcud su və kanalizasiyainfrastrukturu əsasən 1980-ci illərdə formalaşdığından artan əhalivə yaşayış məntəqələrinin fasiləsiz su təminatı, kanalizasiyaəhatəliliyi, yağış sularının idarə edilməsində problemləryaradırdı. 12 yanvar 2026-cı ildə keçirilən müşavirədə diqqətəçatdırılan önəmli məqamlardan biri də Bakının kanalizasiya və yağışsularının idarə olunması problemi idi ki, bu məqam da 2026-2035-ciilləri əhatə edəcək müfəssəl dövlət proqramında həllinitapacaq.

Bakı kimi şəhərlər üçün ən vacib problemlərdən olan fasiləsiziçməli su ilə təminatın 70%-dən 95%-ə çatdırıacağı proqnozumüşavirədə müzakirə edilən dövlət proqramının fundamental dayaqlarüzərində hazırlandığından xəbər verir.

Dünyanın bir sıra ölkələrinin artıq gecikdiyi bu böyük problemAzərbaycanda daim ən ali müstəvidə narahatlıq doğurub və busəbəbdəndir ki, geosiyasi sima qazanmış su probleminə qarşıAzərbaycan dövləti dolğun və əhatələnmiş proqramla çıxır.

Sistemli həllin nəzərdə tutulduğu dövlət proqramının əhatəsiçərçivəsində kanalizasiya xidməti dairəsini mövcud 50%-dən 95%-əçatdırılması, su təsərrüfatında itkilərin 40–45% səviyyəsindəntəxminən 20%-ə endirilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində su ehtiyatlarının artırılması və dayanıqlıidarə olunması üçün ölkə üzrə təxminən 30 yeni su anbarının inşasıhəyata keçiriləcək. Bununla yanaşı, Bakı şəhərinin 30 küçəsindəyeni yağış suyu kollektorları yaradılacaq ki, bununla da intensivyağıntılar zamanı küçə və yolların su altına qalması və daşqınrisklərinin minimuma endirilməsi təmin ediləcək, texniki su bazasıyaradılacaq.

Son olaraq, daha bir önəmli məqama diqqət edək: bir zamanlarparadoksal deyimlərdə yer alan “dəniz suyunu içmək” ifadəsi də məhzsözügedən dövlət proqramı çərçivəsində reallığa çevrilir. Abşeronyarımadasında ölkə tarixində ilk dəfə olaraq dəniz suyununduzsuzlaşdırılması zavodunun tikintisi planlaşdırılır.

Azərbaycan dövləti susuzluq probleminə qarşı zamanında stratejiaddımlar atır, vətəndaşlar da artıq XXI əsrin dünyasındayaşadığından suya münasibətini israf-qənaət tərəzisində bir dahanəzərdən keçirməlidir. Unutmamalıyıq ki, artıq bəyəriyyətin ənfaydalı neməti nə qızıl, nə platin, nə də neftdir. XXI əsrin ənqorunmalı resursu sudur.

Sərdar Amin

Seçilən
95
9
az.trend.az

10Mənbələr