AZ

Biz müharibəni bitirmək istəyirik, ancaq bunun üçün Rusiya... Zelenskidən etiraf

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna ABŞ-dan təhlükəsizlik zəmanətləri ilə bağlı sənədləri imzalamağa hazırlaşır.

Globalinfo.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ tərəfi ilə aparılan danışıqlara dair işçi qrupun geniş hesabatını dinlədiyini və təhlükəsizlik zəmanətləri ilə bağlı sənədin yekunlaşdırılmasını tapşırdığını açıqlayıb.

Zelenskinin sözlərinə görə, tərəflər qarşıdakı iki həftə üçün fəaliyyət planını, görüşləri, sənədlərin hazırlanmasını və mümkün razılaşmaların imzalanmasını müzakirə ediblər.

Prezident qeyd edib ki, bu sənəd tarixi səviyyədə olmalıdır və mətn hazırda məhz buna yaxınlaşır.

Müşavirə zamanı Ukraynanın bərpası və iqtisadi inkişafı ilə bağlı sənədlərə xüsusi diqqət yetirilib. Volodimir Zelenski Baş nazir Yuliya Sviridenko, Baş nazirin müavini Taras Kaçka və nazir Oleksiy Sobolevə ABŞ-la gələcək razılaşmalar, eləcə də Ukrayna–Avropa–Amerika formatında üçtərəfli müqavilələrin bütün iqtisadi aspektlərinin tam şəkildə müşayiət olunmasını və ekspertizasını təmin etməyi tapşırıb.

Bununla yanaşı, beynəlxalq tərəfdaşlardan bərpa üçün daxil olacaq vəsaitlərin istifadəsi mexanizmlərinin parametrləri də müəyyən olunub. Zelenski qeyd edib ki, ABŞ tərəfi müharibənin başa çatdırılması üçün Rusiya ilə əlaqə saxlayır.

“Biz müharibəni bitirməklə bağlı öz baxışımızı formalaşdırmışıq və Rusiyanın müharibəni real şərtlərlə bitirməyə hazır olub-olmadığını bilməliyik. Əgər belə bir hazırlıq yoxdursa, təcavüzkara təzyiq daha da gücləndirilməlidir”, – deyə o vurğulayıb.

Zelenski həmçinin Rusiyanın “kölgə donanması”nın və ixrac gəlirlərinin maksimum məhdudlaşdırılması ilə bağlı sanksiyaların gücləndirilməsinin vacibliyini qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
globalinfo.az

1Mənbələr