AZ

Makrondan İran xalqına gözlənilməz mesaj: Qadınlar və vətəndaşlara...

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makron İran hakimiyyətinin etirazçılara qarşı hərəkətlərini pisləyib və etirazçıları dəstəklədiyini bildirib. 

Globalinfo.az xəbər vrrir ki, o, bununla bağlı X sosial şəbəkəsində paylaşım edib.

Paylaşımda Makron İranlı qadınlara və hüquqlarına hörmət tələb edən vətəndaşlara qarşı tətbiq olunan dövlət zorakılığını qınadığını qeyd edib.

Fransa Prezidenti həmçinin fundamental azadlıqlara hörmət tələbi ilə keçirilən kütləvi etirazların iştirakçılarını dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iranlı həmkarı Əli Laricani ilə telefon danışığı aparıb. Tərəflər söhbət zamanı xarici qüvvələrin İran İslam Respublikasının daxili işlərinə müdaxilə cəhdlərini pisləyiblər.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
globalinfo.az

1Mənbələr