Bizim media saytına istinadən ain.az xəbər verir.
“Sabah” icarə əsasında komandada çıxış edən daha bir futbolçunun transfer hüquqlarını almaq istəyir.Bizim.Media xəbər verir ki, “bayquşlar” müdafiəçi Timoteuş Puxaçın transferi üçün klubu “Holştayn”la danışıqlara başlayıb.
“Sabah” 26 yaşlı müdafiəçinin keçidini həll etməyə tələsir. Buna səbəb oyunçunun sabiq klubu “Lex”in də oyunçu ilə yaxından maraqlanmasıdır.
Puxaç mövsümün əvvəlindən “bayquşlar”ın formasını geyinir. O, “Sabah” formasıyla 15 oyunda 5 məhsuldar ötürmə edib.“Sabah” bundan öncə “Lill”dən icarəyə götürdüyü Aaron Maludanın və “Rubin”dən heyətinə qatdığı Umarali Rahmonaliyevin transfer hüquqlarını alıb.Rəşad Rafiqoğlu, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.