AZ

Premyer Liqa klubundan qalmaqalla ayrılan oyunçu "Sportinfo"ya nələr danışdı?

“İmişli”dən qalmaqalla ayrılaraq Premyer Liqanı Birinci Liqanın lideri “Şəfa”ya dəyişən İbrahim Əliyev Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanı Birinci Liqaya niyə dəyişdin?

- İnkişafım baxımından mənə faydalı olacağını düşünürəm. “Şəfa” da növbəti mövsüm üçün Premyer Liqaya yüksəlməyə çox yaxındır.

- Burada hədəfin nədir?

- İnanıram ki, hər iki tərəf üçün xeyirli olacaq. Düzdü, hazırda komanda Birinci Liqada çıxış edir. Amma əsas liqaya layiq kollektiv olduğunu düşünürəm.

- Amma bizdə dəqiq informasiya var ki, “İmişli”dən qalmaqalla ayrılmısan…

- Xeyr, hansısa hadisə olmayıb. İstəsəniz klubdan da bu barədə məlumat ala bilərsiniz.

- Bəs bir anda ayrılıq qərarı niyə yarandı?

- Oturub danışdıq, bir-birimizi başa düşdük. Oyunlarda az şans alırdım. Sırf bu səbəbdən ayrılmaq qərarına gəldim. Sağ olsun, klub da heç bir etiraz etmədi.

- "Sumqayıt"la görüşün son dəqiqələrində penalı qaçırdığın üçün məşqçilər korpusu ilə aranda yaşanan insident barədə nə deyə bilərsən?

- Məşqçi ilə mənim problemim olmayıb. Aramızda hər hansı dava baş verməyib.

- Niyə məhz həmin görüşdən sonra iştirak ərizəsində adını görmədik?

- Son iki oyunda heyətdə yer almamağım səhhətimlə bağlı olub.

- Bəlkə, elə onda klub səni yola salmaq barədə qərar qəbul edib?

- Xeyr. Mövsümün birinci yarısı başa çatandan sonra ayrılmaq qərarım olub. Rəhbərlik və məşqçilər korpusu ilə birgə verilən ortaq qərardır.

XANOĞLAN İMANOV

Seçilən
39
sportinfo.az

1Mənbələr