“Elə adam var ki, 1990-cı illərdə Azərbaycan Yazıçılar Birliyinə üzv olub, lakin indiyə qədər heç bir ödəniş etməyib. Lakin biz 2020-ci ildə iclas keçirərək bütün borcları sıfırladıq”.
Publika.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.
O bildirib ki, üzvlük haqqını ödəməyən hər bir yazıçı AYB-dən xaric olunacaq:
“Bu humanist yanaşmadan sonra düşündük ki, ödənişlər vaxtı-vaxtında edilər. Lakin ötən 5 il ərzində ödəniş etməyən saysız-hesabsız yazıçılar var. Ona görə də qəti qərar çıxartmalı olduq. Bundan sonra üzvlük haqqını ödəməyən hər kəs AYB-dən xaric ediləcək. Bu məsələyə bir az məsuliyyətlə yanaşmaq lazımdır. Vəsaiti heç cür toplaya bilmirik. Pulun yığılması isə vacibdir ki, birliyin müəyyən xərclərini qarşılaya bilək”.
Xəyal Rza qeyd edib ki, səhhətində problem olan, dərmanını ala bilməyən, imkanı zəif olduğu üçün dolanışıq problemi olan bir çox şair-yazıçılara AYB öz hesabına yardım edib: