AZ

Çelsi nin futbolçusu sıradan çıxdı, derbini buraxa bilər

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çelsi"nin futbolçusu sıradan çıxdı, derbini buraxa bilər

"Çelsi" İngiltərə Liqa Kubokunun yarımfinalı ərəfəsində ciddi itki ilə üz-üzə qalıb.

QOL.az xəbər verir ki, komandanın aparıcı üzvü Kol Palmerin "Arsenal"la vacib oyunu buraxa biləcəyi məlum olub. 23 yaşlı hücumameyilli yarımmüdafiəçinin qasıq nahiyəsindəki zədəsi ona yenidən problem yaradıb. Məlumata görə, bu zədə futbolçunu əvvəllər də narahat edib.

Palmerin yenidən tibbi müayinədən keçəcəcəyi və onun derbidə iştirak edib-etməyəcəyi ilə bağlı qərarın həkim heyətinin açıqlamasından asılı olduğu bildirilib.

Qeyd edək ki, futbolçu bu mövsüm zədələr səbəbindən cəmi 12 oyunda meydana çıxıb və 4 qol vurub.

Xatırladaq ki, “Çelsi” - “Arsenal” qarşılaşması 15 yanvarda baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
4
qol.az

5Mənbələr