Yazını böyüt
Yazını kiçilt
Aktyor Murad İsmayıl bir neçə gündür Bakıda konsert proqramı ilə çıxış edən türkiyəli müğənni Rafet El Romanla eyni səhnəni bölüşüb.
Hafta.az xəbər verir ki, Murad konsertdən görüntüləri sosial şəbəkədə paylaşaraq bunları yazıb:
"Rafət El Roman, uşaqlıq illərimin ən sevdiyim müğənnisi. Sizin mahnılarınızla böyümüşəm. Sizinlə yenidən bir səhnədə çıxış etmək çox xoş oldu. Sizi şəxsən tanıdıqdan sonra bir daha əmin oldum ki, çox sadə, mehriban və səmimi insansınız".