Yaponiya nadir torpaq elementlərinin hasilatı üçün sınaq gəmisini suya salıb
Yaponiyanın Şizuoka prefekturasında tədqiqatçılar eksklüziv iqtisadi zonada nadir torpaq elementlərini axtarmaq üçün sınaq səyahətinə başlayıblar.Yaponiyanın NHK xəbər kanalının məlumatına görə, Şizuoka əyalətindəki Şimizu limanından yola düşən "Chikyu" gəmisi Minami-Torishima adasından təxminən 150 kilometr cənub-şərqdə üzür.
Tədqiqatçılar yeni hazırlanmış boru kəmərləri və mədən avadanlıqlarını təxminən 20 gün sınaqdan keçirdikdən sonra gəminin 14 fevralda geri qayıtması gözlənilir.
Layihə çərçivəsində ölkənin eksklüziv iqtisadi zonası daxilindəki ərazidə, səthdən 6000 metr aşağıda dəniz dibində yüksək konsentrasiyalarda aşkar edilmiş nadir torpaq elementləri araşdırılacaq.
Yaponiya Dəniz-Yer Elmləri və Texnologiyaları Agentliyinə (JAMSTEC) məxsus "Chikyu" gəmisi tərəfindən aparılacaq tədqiqat Nazirlər Kabinetinin layihəsinin bir hissəsidir.
2024-cü ildə Şimal-Qərb Sakit Okean bölgəsindəki Yapon mərcan adası olan Minami-Torishima sahillərində dəniz dibində 200 milyon tondan çox minerallaşdırılmış manqan düyünləri tapılmışdır.
aia.az
Tərcümə şöbəsi