“Barselona” Joau Kanselunun komandaya qayıdışını açıqlamağa yaxındır.
90deqiqe.Az xəbər verir ki, 31 yaşlı müdafiəçinin tibbi müayinədən uğurla keçdiyini açıqlayıb.
“Blauqrana” portuqaliyalınə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan mövsümün sonuna qədər icarəyə götürəcək.
Qeyd edək ki, Joau Kanselu 2023/2024 mövsümündə də icarə əsasında “Barselona”da çıxış edib. Həmin vaxt kataloniyalılar futbolçunu “Mançester Siti”dən transfer etmişdi.
Kanselu “Barselona” forması ilə 42 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Barselona” növbəti oyununu yanvarın 15-də səfərdə “Rasinq”ə qarşı keçirəcək. Görüş İspaniya Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq.