"Əl-Nəsr" klubu əsas qapıçısı ilə yollarını ayırır.
QOL.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlmatına görə, braziliyalı qolkiper Bento karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Məlumata görə, "Cenoa" qapıçını icarə əsasında heyətinə qatıb. İtaliya klubu mövsümün sonunda 9 milyon avro ödəməklə futbolçunu birdəfəlik transfer etmək hüququna sahib olacaq.
Qeyd edək ki, "Cenoa" A Seriyasında çətin günlər yaşayır. Aktivində 16 xalı olan komanda turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.