AZ

Avropa İttifaqı və Çin elektrikli nəqliyyat vasitələri ilə bağlı razılığa gəliblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) və Çin elektrikli nəqliyyat vasitələri ilə bağlı razılığa gəliblər.

Banco.azxəbər verir ki, Çin Ticarət Nazirliyi tərəfindən yayımlanan açıqlamada bildirilib ki, razılaşmaya əsasən Avropa Komissiyası Çinli ixracatçılar üçün “Qiymət Öhdəliyi Təkliflərinə dair Rəhbər Sənəd” dərc edəcək.

Açıqlamada qeyd olunub ki, bununla bağlı narahatlıqlara Dünya Ticarət Təşkilatı (DTT) qaydalarına uyğun şəkildə cavab verilməsi məqsədi qoyulub. Həmçinin vurğulanıb ki, sözügedən Rəhbər Sənəd hər bir qiymət öhdəliyi təklifinin eyni hüquqi meyarlar əsasında, obyektiv və ədalətli şəkildə qiymətləndirilməsini təmin edəcək.

Açıqlamada çərçivə sazişinin Çin mənşəli batareyalı elektrikli minik avtomobillərini (BEV) əhatə etdiyi bildirilib.

Xatırladaq ki, Avropa Komissiyası 2023-cü ilin oktyabrında Çindən idxal edilən elektrikli avtomobillərlə bağlı subsidiya araşdırmasına başlamış, araşdırmanın yekununda isə bu ölkədə istehsal olunan elektrikli avtomobillərin Aİ-yə üzv ölkələrə idxalına müvəqqəti əlavə rüsumların tətbiqi barədə qərar qəbul etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
25
1
banco.az

2Mənbələr