AZ

“Selta”nı "Yuventus"a dəyişə bilər

İspaniyanın “Selta” klubunda çıxış edən sağ cinah müdafiəçisi Oskar Minqesa karyerasını “Yuventus”da davam etdirə bilər.

 90deqiqe.Az-ın "Yahoo Sports"a istinadən məlumatına görə, Turin təmsilçisi 26 yaşlı futbolçu ilə maraqlanır. Hazırda “byankoneri” müdafiə xəttini gücləndirmək niyyətindədir və bir neçə mövqedə oynaya bilən futbolçulara üstünlük verir. “Barselona”nın yetirməsi olan Oskar Minqesa iyunun 30-da azad agent statusu ala bilər. “Selta” onunla yeni müqavilə imzalamağa çalışsa da, tərəflər hələlik razılığa gələ bilməyiblər.

 “Yuventus” Minqesa ilə yanvar ayında razılaşma əldə etmək şansının olduğunu düşünür. Lakin “Selta”nın bu keçidə razılıq verməsi ehtimalı azdır. Çünki bu halda klub transfer məbləğinin yarısını “Barselona”ya ödəməli olacaq.

  Futbolçunun mövcud müqaviləsi 2025/26 mövsümünün sonunda başa çatır.

Qeyd edək ki, 26 yaşlı ispan futbolçunun transfer dəyəri Transfermarkt portalına əsasən 14 milyon avro təşkil edir. O, cari mövsümdə keçirdiyi 21 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib və 2 sarı vərəqə alıb.

Seçilən
19
90deqiqe.az

1Mənbələr