BAKI, 12 yanvar. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi Böyük Britaniyanın XİN rəhbəri İvet Kuperlə telefon danışığı aparıb.
Teleqrafxəbər verir ki, bu barədə Əraqçi özünün "X"dəki səhifəsində məlumat verib.
Bildirilir ki, tərəflər İranda baş verən hadisələri, o cümlədən Londonda İran səfirliyinə hücumu müzakirə ediblər.
"Vurğuladım ki, Böyük Britaniya beynəlxalq hüquqi öhdəliklərinə əsasən, Londondakı İran konsulluğu və səfirliyinin təhlükəsizliyini təmin etməlidir. Əgər Britaniya diplomatik missiyaların müdafiəsi üzrə öz borcunu yerinə yetirə bilməsə, İran əməkdaşlarımızın təxliyəsi məsələsini nəzərdən keçirməyə məcbur olacağıq", - Əraqçi bildirib.
A.Əraqçi britaniyalı həmkarını İranın daxili işlərinə qarışmamaq və İsrail tərəfindən dəstəklənən bəzi media qurumlarındakı terror çağırışlarına qarşı tədbirlər görməyə çağırıb: "Böyük Britaniya hökuməti öz daxili qanunlarının icrasını təmin etmək üçün tədbirlər görməlidir".