AZ

Sumqayıtda avtomobil 63 yaşlı qadını vuraraq öldürdü

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

"Yeni Sabah" "Report"a istinadən verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Belə ki, yolu keçən 1963-cü il təvəllüdlü Təhməzova Mənzər Həsən qızını avtomobil vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
34
2
yenisabah.az

10Mənbələr