Fransanın “Ayaçço” klubunun sabiq prezidenti Alen Orsoni qətlə yetirilib. Msport.az xəbər verir ki, o, anasının dəfn mərasimində güllələnib.
Hadisə Korsikada vero kommunasının ərazisində baş verib. Orsoni vaxtilə klub rəhbəri olmaqla yanaşı, siyasətlə də məşğul olub.
O, uzaq məsafədən odlu silahdan açılan atəşlə öldürülüb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Orsoni 2008-2015-ci illərdə və 2022-2023-cü illər mövsümündə “Ayaçço” klubunun prezidenti olub. Onun adı kriminal dairələrlə yanaşı hallanırdı.