AZ

İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb

"Forex" beynəlxalq bazarında yanvarın 12-də USD/IRR məzənnəsi 1 dollar üçün 994 min 55 İran rialına çatıb.

İran mediası xəbər verir ki, yanvarın 9-da isə pik həddə çataraq 1 dollar üçün 1 milyon 260 riala bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ilin sonunda 1 dollar 42 min 50 İran rialı olub. Beləliklə, bu il "Forex" bazarında dollar İran rialına qarşı 2 278.74% bahalaşıb.

"Qara bazar"da isə yanvarın 6-da məzənnə 1 dollar üçün 1.4825 milyon İran rialına düşüb. Eyni zamanda, 2025-ci il dekabrın 31-də 1 dollar 1 milyon 35 rial dəyərində qiymətləndirilib, noyabrın ortalarında, İranda genişmiqyaslı iğtişaşlardan əvvəl dollar valyutadəyişmə məntəqələrində 1 milyon 12 rial olub. Yanvarın 12-də isə məzənnə 1 dollar üçün 1 milyon 44 rial təşkil edib.

İş elanları AzVak.az-da

© "Report" 

USD/IRR məzənnəsi İran rialının devalvasiyası dollar İran rialına qarşı Forex bazarı İran İran valyuta bazarı USD IRR rekord səviyyə İran rialı tarixi minimum dolların kəskin bahalaşması İran iqtisadi böhranı İran mediası valyuta xəbərləri qara bazar dollar məzənnəsi İran qara bazar valyuta 1 dollar 1 milyon rial İran rialı 2026 valyuta dalğalanması İran geosiyasi risklər İran inflyasiya İran valyuta nəzarəti İran dollar rial məzənnə artımı Forex valyuta xəbərləri Marja.az xəbərləri
Seçilən
41
8
marja.az

10Mənbələr