Joao Kanselo “Barselona”ya keçid üçün tibbi müayinədən uğurla keçib.
İdmanxeber.az xəbər verir ki, 31 yaşlı müdafiəçi zədələnmiş Andreas Kristenseni əvəzləmək məqsədilə “Əl-Hilal”dan Kataloniya klubuna icarə əsasında transfer olunacaq.
Portuqaliyalı futbolçu artıq Barselonaya gəlib və bütün yoxlamalardan keçib.
Transferin çərşənbə axşamı rəsmən açıqlanacağı gözlənilir.