AZ

“Ayaçço”nun keçmiş prezidenti Orsoni anasının dəfn mərasimində güllələnib

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Le Parisien” qəzetinin verdiyi məlumata görə, Fransa futbol klubu “Ayaçço”nun keçmiş prezidenti Alen Orsoni anasının dəfn mərasimi zamanı öldürülüb.

İdman.Biz bildirir ki, faciəvi hadisə Korsikanın Vero kommunasında baş verib.

71 yaşlı Orsoni anasının dəfn mərasimində iştirak etdiyi yerdə güllələnib. Keçmiş funksioner və siyasətçi uzaqdan odlu silahla öldürülüb. Orsoni hadisə yerində keçinib.

Ayaçço prokuroru Nikolas Sept ilkin istintaq açaraq işi “mütəşəkkil qrup daxilində qətl” kimi təsnif edib. İstintaq polis və jandarma tərəfindən birgə aparılır.

Orsoni 2008-ci ildən 2015-ci ilə qədər və yenidən 2022/2023 mövsümündə “Ayaçço”nun prezidenti vəzifəsində çalışıb. Onun cinayətkar dairələrlə əlaqəsi var. 2008-ci ildə polis klubu ələ keçirdikdən qısa müddət sonra onun həyatına sui-qəsd cəhdinin qarşısını alıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
icma.az

2Mənbələr