AZ

Terrorçular nümayişlərə sızıb -

Etirazlar dinc keçsə də, terrorçu qruplar onların sıralarına sızıb.Metbuat.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi belə açıqlama verib. O, ABŞ və İsrailin İrandakı terrorizmə görə məsuliyyət daşıdığını bildirib. Diplomatın sözlərinə görə, Tehran İrandakı terror hücumlarını ABŞ və İsraillə əlaqələndirən çoxsaylı sənədlərə və dəlillərə sahibdir. Nazir etirazların dinc şəkildə başladığını xatırladaraq, hökumətin tacirlər və digər müvafiq tərəflərlə dialoqa başladığını, dinc nümayişlərə cavab olaraq tədbirlər gördüyünü bildirib.

Abbas Əraqçi hökumətin etirazlarla bağlı islahatlar həyata keçirdiyini ifadə edib. Diplomatın sözlərinə görə, təxribatçıların məqsədi etirazları məqsədlərindən yayındırmaqdır. İran xarici işlər naziri bildirib ki, hadisələrə baxmayaraq, İran Qərb ölkələri ilə danışıqlara hazırdır.

Seçilən
22
metbuat.az

1Mənbələr