AZ

“Evdə tək”in aktyoru xanıma etdiyi təklifə görə cərimələndi

"Evdə tək" filmində canlandırdığı "Marv" obrazı ilə tanınan 68 yaşlı aktyor Daniel Stern-in fahişəlik xidmətindən istifadə etməyə cəhd göstərdiyi (solisitasiya) iddia olunur.

Milli.Az xəbər verir ki, hadisə 10 dekabr 2025-ci ildə Kaliforniyanın Kamarillo şəhərindəki otellərdən birində baş verib. Ventura dairəsinin hüquq-mühafizə orqanları aktyora fahişəliklə bağlı protokol təqdim ediblər.

Hesabatda qeyd olunur ki, Stern bu insidentlə bağlı saxlanılmayıb və ya həbsxanaya aparılmayıb, sadəcə barəsində inzibati protokol tərtib edilib.

Aktyor 1980-ci ildən Laure Mattos ilə evlidir və üç övladı var. Övladlarından biri, Henri Stern Kaliforniya ştatının senatorudur. 

Hələlik aktyorun nümayəndələri bu rəsmi ittihamla bağlı hər hansı şərh verməyiblər.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
42
milli.az

1Mənbələr