ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp lazım gəldikdə, o cümlədən İranda hərbi metodlardan istifadə etməkdən çəkinmədiyini göstərib.
Axar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolina Levitt jurnalistlərə bildirib.
"Ola bilsin ki, Prezident Trampın ən güclü tərəfi budur: O, həmişə bütün mümkün variantları hazır saxlayır və hava zərbələri onun nəzərdən keçirdiyi çoxsaylı variantlardan yalnız biridir", – o qeyd edib.
Levitt, bununla yanaşı vurğulayıb ki, diplomatiya Tramp üçün hər zaman birinci seçimdir.
O əlavə edib ki, rəsmi Tehranın ictimaiyyətə təqdim etdiyi informasiya Vaşinqton administrasiyasının özəl kanalları vasitəsilə aldığı məlumatlardan tamamilə fərqlənir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.