AZ

Bir qız uşağının həyatı dəyişərsə, bir ailə dəyişər. Bir ailə dəyişərsə, bir cəmiyyət dəyişər

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Qızlar evin nəşəsidir – ailəyə sevinc, xoşbəxtlik və məna gətirən gözəl varlıqlardır. Qadın isə cəmiyyətin görünməyən sütunudur. Gələcəyin həkimi, müəllimi, hüquqşünası, idmançısı, alimi və eyni zamanda - ən əsası - Bir qız uşağının həyatı dəyişərsə, bir ailə dəyişər. Bir ailə dəyişərsə, bir cəmiyyət dəyişər sağlam düşüncə ilə böyüdən anadır.

Hər birimiz şahid olmuşuq -cəmiyyətdə bəzən kişilərin qadınlara qarşı münasibəti, ailə içində məsuliyyətsiz davranışları ilə bağlı narazılıqlar eşidirik. Bu zaman çoxları səbəb kimi ananı günahlandırır: "Vaxtında düzgün tərbiyə verməyib." Bəli, uşağın formalaşmasında ananın rolu danılmazdır. Amma bu yük yalnız ananın üzərinə qoyulmamalıdır. Oğlan uşağı üçün ata bir modeldir. Onun davranışı, ailəyə münasibəti, qadına olan hörməti övlad üçün nümunəyə çevrilir.

Sosial şəbəkələrdə tez-tez belə paylaşımlar görürük: kişi ev işlərində həyat yoldaşına kömək edir, onun qayğısına qalır (bu davranış nümunəsi bir çox millətlərdə var) və buna görə insanlar deyir: “Səni kraliça böyüdüb.” Bu, əslində qadına göstərilən hörmətin, onu bərabərhüquqlu partnyor kimi görməyin nümunəsidir. Və bu yanaşma kişini alçaltmır -əksinə, onu ucaldır.

Cəmiyyətin gözündə qızlar hələ də “namus yükü”, “axırda birinə ərə gedəcək” və s kimi ağır yüklərin daşıyıcısıdır. Qızlar bu gün də istədikləri peşəni seçmək, öz qərarlarını vermək üçün mübarizə aparırlar. Təəssüf ki, bir çox qız hələ də uşaq yaşda ailə qurmağa məcbur edilir, təhsildən uzaq salınır, seçim haqqı əlindən alınır. Halbuki təhsilli, məlumatlı və azad düşüncəyə sahib qızlar gələcəyin sağlam cəmiyyətinin qurucularıdır. Maariflənmə məhz burdan başlayır - qız uşaqlarını qorumaq yox, onları gücləndirmək. Onlara sadəcə təhsil verməklə deyil, öz fikrini ifadə etməyə, seçim etməyə, qərar verməyə təşviq etmək.

Əgər bu gün qızlarımızın qarşısına çıxan maneələri aradan qaldıra bilsək - təhsildə, sağlamlıqda, hüquqda və sosial imkanlarda - gələcəyin daha ədalətli, inkişaf etmiş cəmiyyət qurmuş olarıq. Məsələn, ailədə qız və oğlan övladına eyni dəyəri vermək, qız uşaqlarına seçmək və səhv etmək haqqını tanımaq, onların fikirlərinə hörmətlə yanaşmaq bir başlanğıcdır.

Məktəblərdə gender bərabərliyinə dair müzakirələr aparmaq, qızların rol modelləri ilə tanış olması üçün platformalar yaratmaq da bu yolda vacib addımlardır.

Bir qız uşağının həyatı dəyişərsə, bir ailə dəyişər. Bir ailə dəyişərsə, bir cəmiyyət dəyişər. Cəmiyyət dəyişərsə, gələcək dəyişər.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
icma.az

1Mənbələr