AZ

Qurban Qurbanov: “Futbolçular istəklidirlər”

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən "Qarabağ" bu gün ilk hazırlıq matçını keçirib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə qarşılaşıb və rəqibini 5:0 hesabı ilə məğlub edib.

Oyundan sonra "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov matç haqqında fikirlərini bildirib: “İlk oyunumuz idi. Hazırlıq ümumilikdə pis getmir. İstərdik ki, vaxtımız bir az çox olsun. Yanvarın 16-da daha bir matçımız var. Daha bir yoxlama oyunu keçirilməsini istərdik. Əfsuslar olsun ki, vaxtımız yoxdur. Futbolçular istəklidirlər, özlərinə gəliblər. İlin sonunda çox yorğun idilər. Əvvəlki günlərinə, futbol sevgisinə bir az qayıdıblar. Düzdür, Aleksey Kaşukla Toral Bayramov bir neçə gün məşqdən kənar qaldılar. Amma ümumilikdə hazırlıq proqram üzrə gedir. Rəqibin oyunlarına da baxmışdıq. Bir az sistemlərini dəyişmişdilər. Onların belə oyununu normal qarşıladım”.

Qeyd edək ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində daha 1 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 16-da Polşa “Zaqlebie Lubin”i ilə üz-üzə gələcək.

"Sumqayıt" yoxlama matçında məğlub oldu

"Difai" heyətini əcnəbi hücumçu ilə gücləndirib

"Neftçi"nin Misir klubu ilə oyun vaxtı müəyyənləşib

"Qəbələ"dən ayrıldı, I Liqa klubuna keçdi

Şahin Diniyev: ""Neftçi" yığdığı heyətə görə nəyəsə nail ola bilər"

Seçilən
19
14
apasport.az

10Mənbələr