AZ

“Real”ın futbolçuları Xabi Alonsonun gedişi ilə bağlı qərardan şoka düşüb

Madrid “Real”ının futbolçuları baş məşqçi Xabi Alonsonun komandadan ayrılması qərarını gözlənilmədən qarşılayıblar.

 90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, mövsümün bu dövründə və İspaniya Superkubokunun finalında “Barselona”ya qarşı keçirilən oyundan (2:3) sonra komandada sabitliyin qorunacağına inam olduğu üçün belə bir qərar futbolçular üçün sürpriz olub.

Məlumata əsasən, final qarşılaşmasından sonra oyunçular baş məşqçinin postunda qalacağını düşünürdülər. Minimal hesablı məğlubiyyət fonunda rəhbərliyin məşqçi dəyişikliyini gündəmə gətirəcəyinə dair heç bir əlamət olmayıb. Əksinə, Xabi Alonsonun klubun tam etimadını qazandığı və layihənin onunla davam etdiyi qənaəti formalaşmışdı. Bu isə mükafatlandırma mərasimində klub prezidenti ilə Alonsonun səmimi ünsiyyəti ilə də açıq şəkildə hiss olunurdu.

Bu baxımdan, baş məşqçinin gedişi barədə rəsmi açıqlama komanda daxilində ciddi təəccüb doğurub. Bir neçə futbolçu dəyişiklik barədə əvvəlcədən məlumatlandırılmadıqlarını və xəbəri yalnız klubun rəsmi bəyanatından öyrəndiklərini etiraf ediblər.

Mənbə əlavə edir ki, bəzi oyunçular son həftələrdə baş məşqçi ilə kollektiv arasında münasibətlərin daha müsbət məcrada inkişaf etdiyini düşünürdülər.

Seçilən
16
90deqiqe.az

1Mənbələr