AZ

Rza Pəhləvi Trampa müraciət edib

Sonuncu İran şahının oğlu Rza Pəhləvi ABŞ senatoru Lindsi Qrahamın İran etirazçılarına dəstək mesajını alqışlayaraq Prezident Donald Trampın ABŞ-ın keçmiş prezidenti Barak Obamadan fərqli olduğunu vurğulayıb.

Pəhləvi “X” sosial şəbəkəsində Qrahamın paylaşımına cavab olaraq yazıb ki, Trampın etirazçılara dəstək səsləri ölkənin indiyə qədər gördüyü ən böyük sülhə yol aça bilər.

O bildirib ki, İran xalqı çevrilişə hazırdır və yalnız ABŞ liderinin dəstəyi kifayətdir. Pəhləvi belə bir addımın minlərlə insanı xilas edəcəyini və bunun İran üçün Trampın mirası olacağını əlavə edib.

Seçilən
40
4
anews.az

7Mənbələr