AZ

Alt geyim geyinməyən kişilərin diqqətinə!

Qışda şalvarın altından geyinilən alt geyim prostatit riskini azaldır.

Qaziler.az xəbər verir ki, bu məsləhəti həkim Zarema Ten “NEWS.ru”ya müsahibəsində deyib. O qeyd edib ki, bu geyim vasitəsi kişiləri digər uroloji problemlərdən də qoruyur.

Qasıq və çanaq nahiyəsinin üşüməsi prostatitin kəskinləşməsinə səbəb olan amillərdən biridir. Soyuqdəymə damar spazmlarına səbəb olur, qan axınını və immun sistemini pozur ki, bu da fürsətçi mikrofloranı aktivləşdirə bilər. Şalvarın altından geyinilən geyimin isə bu nahiyələrdə anatomik kəsik və ya möhkəmləndirilmiş toxunuş olması yaxşıdır. Bu, yalnız rahatlıq məsələsi deyil, həm də uroloji problemlərin qarşısının alınmasıdır”, - deyə Ten kişilərin diqqətinə çatdırıb.

QAZİLER.AZ

Seçilən
18
1
qaziler.az

2Mənbələr