AZ

Tramp lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq edə bilər - Ağ Ev

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp zəruri hesab etdiyi təqdirdə İranaqarşı hərbi güc tətbiq etməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibiKerolayn Livitt "Fox News"a verdiyi müsahibədə bildirib.

"O, zəruri hesab etdiyi zaman ABŞ Silahlı Qüvvələrinin öldürücügücündən və qüdrətindən istifadə etməkdən çəkinmir", - deyə ovurğulayıb.

Mətbuat katibinin sözlərinə görə, cəmi bir neçə ay əvvəlTehranın əsas təzyiq vasitəsi nüvə proqramı idi, indi isə vəziyyətdəyişib.

"Nüvə proqramı onların ən güclü aktivi olub və Prezident Trampvə ABŞ ordusu onu tamamilə məhv etdilər. Prezident Trampın bundansonra nə edəcəyini yalnız o bilir", - deyə o əlavə edib.

Seçilən
21
az.trend.az

1Mənbələr