AZ

Pezeşkian etirazçıların nümayəndələri ilə görüşdü

İran hakimiyyəti ölkədə baş verən etirazları etiraf edib və nümayişçilərlə dialoqa başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Prezident Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə şəxsən görüşüb.

“Hökumət etirazları qəbul edib və etirazçıların nümayəndələri ilə danışıqlar aparıb. Prezident isə onlarla birbaşa görüşüb”, – deyə nazir qeyd edib./modern.az/

Seçilən
49
21
turkustan.az

10Mənbələr