AZ

Tramp və Maçado yanvarın 15-i görüşəcəklər

Vaşinqton, 13 yanvar, AZƏRTAC

Yanvarın 15-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonu qəbul edəcək.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livit açıqlama verib.

Qeyd edək ki, daha əvvəl Tramp Nikolas Maduronun devrilməsindən sonra Maçadonun Cənubi Amerika ölkəsinin lideri ola biləcəyinə şübhə ilə yanaşaraq, onun ölkə daxilində dəstəyə və ya hörmətə malik olmadığını bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
58
3
azertag.az

5Mənbələr