ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanı Pro Liqasının 15-ci turunda “Əl-Hilal” və “Əl-Nəsr” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Ər-Riyad şəhərindəki “Kingdom Arena”da oynayıblar. Ev sahibi komanda 3:1 hesablı qələbə qazanıb.
“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu oyunun ilk qolunu 42-ci dəqiqədə vurub. Yarımmüdafiəçi Salem Əl-Dovsari 57-ci dəqiqədə penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. Məhəmməd Kanno 81-ci dəqiqədə qonaqların qapısına ikinci qolu vurub. “Əl-Hilal”ın hücumçusu Ruben Neveş isə 90+2-ci dəqiqədə son qolu vurub.
Bu matçdakı qolla Kriştianu Ronaldu karyerasındakı qolların sayını 959-a çatdrıb.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.