AZ

Premyer Liqa komandasının hücumçusu “Roma”ya keçəcək

“Aston Villa”nın hücumçusu Doniel Malen yaxın vaxtlarda karyerasını “Roma”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Il Romanista” məlumat yayıb.

Klublar 26 yaşlı forvardın sonradan satınalma hüququ ilə icarəyə verilməsi məsələsində razılıq əldə ediblər. Malenin mümkün transferinin məbləği 26–27 milyon avro civarında qiymətləndirilir.

Hazırda keçidin reallaşması niderlandlı futbolçunun şəxsi qərarından asılıdır və bildirilir ki, Malen “Roma”ya keçməyə müsbət yanaşır.

Malen cari mövsümdə bütün turnirlərdə 29 oyunda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib. O, bu mövsüm “Aston Villa”nın bütün oyunlarında forma geyinsə də, əsas heyətin daimi üzvü sayılmır.

Seçilən
48
sportinfo.az

1Mənbələr