AZ

Məşhur hücumçu ikinci liqa klubunda - RƏSMİ

İtaliyalı hücumçu Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərinin ikinci liqasında davam etdirəcək.

35 yaşlı forvard Avropada “Milan”, “Mançester Siti”, “İnter” və “Liverpul” klublarındakı çıxışı ilə tanınır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Balotelli “Əl-İttifaq”a transfer olunub. Klubun mətbuat xidmətinin məlumatına görə, tərəflər iki il yarımlıq müqavilə imzalayıblar.

Balotellinin yeni komandası cari mövsümdə uğursuz çıxış edir. BƏƏ-nin ikinci divizionunda keçirilən 12 turdan sonra “Əl-İttifaq” cəmi 6 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Seçilən
21
sportinfo.az

1Mənbələr