Havanın temperaturu 10 dərəcəyədək enəcək, sulu qar yağacaq.
Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə enəcək. Bölgələrdə də yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.
Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında: