Keçirdiyi infeksiya səbəbilə bir müddətdir xəstəxanada müalicə alan usta sənətçi Haldun Dormen reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub.
Ölkə.az xəbər verir ki, bu barədə sənətçinin oğlu Ömər Dormen məlumat yayıb:
"Reanimasiyada müalicəsi davam edən atam bu gün nəfəsini daha yaxşı dəstəkləyə bilmək üçün intubasiya edildi. Atamın bunu da geridə qoyacağına ürəkdən inanıram. Qarşıdakı günlərdə sizinlə yaxşı xəbərlər paylaşmağı ümid edirik. Dualarınızı əsirgəməyin".
Qeyd edək ki, 97 yaşlı Haldun Dormen yanvarın 5-də isə reanimasiya şöbəsinə yerləşdirilmişdi.(axsam.az)