525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Pataqoniyada meşə yanğınları 15 min hektardan çox ərazini tamamilə məhv edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, fəlakət üzündən 3 mindən çox turist və 15 ailə təhlükəsiz əraziyə təxliyə olunub.
Epueyn gölü ətrafında 22 min hektar meşə sahəsi məhv olub. Başqa bir yanğın ocağı Los-Anarses milli parkının ərazisində qeydə alınıb. Çubut və Santa-Krusdakı ocaqların genişlənməsi üçün əraziyə xeyli sayda əlavə texnika və canlı qüvvə cəlb olunub. Burada alov 3 min hektardan çox ərazini əhatə edir.
Qeyd edək ki, Argentinanın Fövqəladə Hallar Federal Agentliyindən verilən məlumata görə, yanğın Çubut əyalətindəki Puerto-Patriada kurort şəhəri yaxınlığında başlayıb və qısa zamanda daha geniş əraziyə yayılıb.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.