AZ

Sumqayıtda yol qəzası baş verdi, xəsarət alanlar var

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdən birində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
24
8
yenisabah.az

9Mənbələr