AZ

Sumqayıtda iki avtomobilin toqquşması yanğınla nəticələnib – VİDEO – FOTO

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi ağır fəsadlara səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, qəza Bulvar ərazisində qeydə alınıb.

Məlumata görə, “Toyota Prius” və “Kia Optima” markalı minik avtomobilləri toqquşub. Zərbənin gücü nəticəsində “Toyota Prius” avtomobilində alovlanma baş verib və nəqliyyat vasitəsi qısa müddətdə tamamilə yanıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadaları cəlb olunub. Yanğın söndürülüb, ətrafda təhlükəsizlik təmin edilib. Polis əməkdaşları ərazini nəzarətə götürüb.

Hadisə zamanı xəsarət alan şəxslərin olduğu bildirilib.

Fakt üzrə araşdırma aparılır.

Seçilən
74
50
nocomment.az

10Mənbələr