Vaşinqton, 13 yanvar, AZƏRTAC
ABŞ İranla işgüzar münasibətlər quran istənilən ölkənin Amerika Birləşmiş Ştatları ilə apardığı bütün ticarət əməliyyatları üzrə 25 faiz vergi ödəyəcəyini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında paylaşım edib.
O bildirib ki, müvafiq qərar dərhal qüvvəyə minəcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton