ain.az bildirir, Fanat portalına istinadən.
Bu mövsüm Azərbaycanı UEFA Çempionlar Liqasında inamla təmsil edən "Qarabağ"ın zədə səbəbindən uzun müddət kənarda qalan yarımmüdafiəçisi Kadi sıraya dönüb.
Fanat.Az-ın məlumatına görə, "Çelsi" ilə Bakıdakı oyunda (2:2) xəsarət alan və 2 ay "köhlənlər"ə kömək etməyən braziliyalının turnirin əsas mərhələsinin 7-ci turunda "Ayntraxt"a qarşı oynamaq ehtimalı var.
Belə ki, qaydalara görə zədə səbəbindən adı ÇL-in iştirak ərizəsindən çıxarılan futbolçunun 60 gündən sonra yenidən heyətə qaytarılması mümkündür. Lakin o, yalnız siyahıda özünü əvəzləmiş komanda yoldaşının yerini tuta bilər.
Kadinin adı ÇL-in iştirak ərizəsindən noyabrın 19-da çıxarılıbsa, deməli, hüquqi cəhətdən yanvarın 21-də Frankfurt komandası ilə görüşdə oynaması heç də dəryada balıq sevdası deyil. Bunun üçün baş məşqçi Qurban Qurbanov Kadinin yoxluğunu unutdurmaq missiyası çiyinlərində olan ispaniyalı Xoni Montieli onunla əvəzləməlidir. Qurbanovun hansı variantı uyğun sayacağını zaman göstərəcək. Əlbəttə, Kadinin qarşıdakı 7 gündə nə dərəcədə hazır olması başlıca şərtdir.
Qeyd edək ki, "Qarabağ" ÇL-in əsas mərhələsində növbəti matçını 7-ci tur çərçivəsində Bakıda "Ayntraxt"a qarşı kefirəcək. Hazırda 7 xalı olan "ağ-göylər" pley-offa yüksəlmək şansını qoruyur.
Nihat
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.