AZ

Alnındakı yazıya görə təyyarəyə buraxılmadı

ain.az bildirir, 525.az portalına istinadən.

Varşava hava limanında maraqlı hadisə baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Sürixə uçmalı olan ukraynalı qadın polis tərəfindən saxlanılıb.

Baş verənləri maraqlı edən isə onun alnındakı yazı olub. Belə ki, sərnişinlərdən biri gözləmə zalında alnında "bomba" yazılmış sərnişinlə bağlı polisə məlumat verib. Polis 29 yaşlı ukraynalını saxlayıb. Onun üzərində və yükündə şübhəli nəsə tapılmayıb. Yazını pomada ilə yazdığını bildirən sərnişin bunu zarafat üçün etdiyini söyləsə də, polis bu zarafatı qəbul etməyib.

Yeri gəlmişkən, ukraynalı Sürixə təyyarəni buraxmalı olub. Bu azmış kimi yersiz zarafata görə 500 zlotı (təxmini 238 manat) cərimələnib.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
525.az

1Mənbələr