AZ

Kənddə yaşayanların diqqətə - Bu 10 qaydanı bilməlisiniz

Kənddə yaşayan insanların üzləşdiyi sosial və məişət problemləri son illər daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə şəhərlə kənd arasında gedib-gələn qohumluq münasibətləri, maddi imkan fərqləri və “ayıb olmasın” düşüncəsi bir çox kənd sakinini çətin vəziyyətdə qoyur.

Hakimiyyet.az xəbər verir ki, bəzən yaxşı niyyətlə atılan addımlar sonradan ciddi narazılıqlara, ailədaxili gərginliklərə və hətta ciddi maddi itkilərə səbəb olur.

Bu baxımdan kənddə yaşayan şəxslər üçün bir sıra vacib məqamlar var ki, onları nəzərə almamaq sonradan peşmanlıq yarada bilər.

Aşağıda kənd sakinlərinə tövsiyə edilən və çox zaman gözardı edilən 10 vacib məsləhəti təqdim edirik:

1.  Evinizi şəhərdən gələn qohumlarınıza otel kimi verməyin. Qohumluq münasibətləri nə qədər yaxın olsa da, evinizin daimi şəkildə pulsuz istirahət məkanına çevrilməsinə imkan verməyin. Uzun müddət qalan qonaqlar həm ailə rahatlığınızı pozur, həm də əlavə xərc yaradır. Şəhərdən gələnlər Bakıya və ya başqa böyük şəhərə gedərkən oteldə qalmağı normal hesab edirsə, kəndə gələndə də eyni yanaşmanı göstərməlidir.

2.  Hər gələn qonaq üçün borca düşməyin.

Kənddə qonaq gəlibsə, süfrə dolu olmalıdır düşüncəsi hələ də geniş yayılıb. Lakin bu, imkanınızı aşan xərclərə yol açır. Qonaq üçün borc almaq nə hörmət gətirir, nə də uzunmüddətli fayda verir.

3.  Şəxsi təsərrüfatınızı hamının ixtiyarına verməyin.

Toyuq, süd, pendir, meyvə-tərəvəz kimi məhsullar onsuz da kənd yeridir deyə hər gələnə limitsiz şəkildə paylanmamalıdır. Bu məhsullar sizin zəhmətinizin nəticəsidir və dəyəri var.

4.  Şəhərdə yaşayan qohumların maliyyə məsləhətlərinə kor-koranə əməl etməyin.

Kənd təsərrüfatı ilə məşğul olmayan şəxslərin “belə et, daha çox qazanarsan” tipli məsləhətləri çox vaxt reallıqdan uzaq olur. Riskli addımlar atmadan əvvəl yerli şəraiti və imkanları nəzərə alın.

5.  Özünüzü daim borclu hiss etməyin.

Bəzən kənd sakinləri şəhərdən gələn qohumlara qarşı psixoloji olaraq özlərini borclu hesab edirlər. Halbuki hər kəsin həyat tərzi və imkanı fərqlidir. Bu düşüncə sizi istəmədiyiniz güzəştlərə məcbur edə bilər.

6.  Evinizi və həyətinizi icazəsiz istifadəyə açmayın.

Bağda manqal qalamaq, həyətdə tədbir keçirmək və ya evi başqasına vermək kimi məsələlər mütləq sizin razılığınızla olmalıdır. Onsuz da kənd evidir yanaşması düzgün deyil.

7.  Hər işi öz üzərinizə götürməyin.

Qonaqların bütün işini görmək, xidmətçi roluna girmək zamanla narazılıq yaradır. Həm ailə üzvlərinizin, həm də qonaqların məsuliyyət bölgüsü olmalıdır.

8.  Kənd həyatını ucuz və problemsiz göstərməyin.

Şəhərdə yaşayanlara kənd həyatını həmişə asandır, xərcsizdir kimi təqdim etmək real problemlərin görünməməsinə səbəb olur. Bu isə gözləntiləri artırır və sizi çətin vəziyyətdə qoyur.

9.  Şəxsi sərhədlərinizi qoruyun.

Hər kəsin nə qədər qalacağı, nə vaxt gedəcəyi, nədən istifadə edəcəyi əvvəlcədən bəlli olmalıdır. Bu, həm münasibətləri qoruyur, həm də sonradan yaranacaq incikliklərin qarşısını alır.

10. Bakıya və ya başqa böyük şəhərə gedəndə qohum evində yox, oteldə qalın.

Bir çox kənd sakini şəhərə gedəndə xərcdən qaçmaq üçün qohum evində qalmağa üstünlük verir. Lakin bu addım sonradan sizi çətin vəziyyətdə qoya bilər. Çünki sabah həmin qohumlar kəndə gələndə “biz sizdə qalmışdıq” arqumenti ilə sizin evinizdə qalmaq istəyəcəklər. Bu halda “yox” demək həm psixoloji cəhətdən çətinləşir, həm də münasibətlərin korlanması riski yaranır. Oteldə qalmaq həm şəxsi rahatlığınızı qoruyur, həm də gələcəkdə qarşılıqlı gözləntilərin yaranmasının qarşısını alır.(Yeni Sabah)

Seçilən
9
3
hakimiyyet.az

4Mənbələr