AZ

İran yoxsulluqdan ayağa qalxıb, Xamaneyinin sərvəti isə heyrət doğurur

İranda bahalıq və milli valyutanın dəyərdən düşməsi səbəbindən başlayan etiraz dalğası bütün ölkəni bürüyüb. Xalq küçələrdə iqtisadi çətinliklərə etiraz edir, dini lider Əli Xamaneyinin nəzarət etdiyi "Setad" təşkilatının 95 milyard dollarlıq varlığı ilə bağlı iddialar narazılığı daha da artırıb.

Milli.Az xəbər verir ki, tam adı "İmamın Fərmanının İcrası Qərargahı" (Setad-e Ejraiye Farmane Hazrat-e Emam) olan bu qurum birbaşa dini liderə tabedir və İran iqtisadiyyatının demək olar ki, hər sahəsinə nəzarət edir.

1989-cu ildə Ayətullah Xomeyninin göstərişi ilə "sahibsiz" və ya "müsadirə edilmiş" mülkləri idarə etmək üçün yaradılıb.

Fəaliyyət sahələri daşınmaz əmlak, maliyyə, neft, telekommunikasiya və əczaçılığı (Barakat Fondu) əhatə edir.

Heç bir dövlət qurumu tərəfindən yoxlanılmayan, şəffaf olmayan və beynəlxalq sanksiyalar siyahısında olan nəhəng bir holdinqdir.

Reuters-in hələ 2013-cü ildə apardığı araşdırmaya görə, bu varlığın dəyəri 95 milyard dollar civarında qiymətləndirilir ki, bu da ölkənin illik neft gəlirlərindən belə çoxdur.

Qeyd edək ki, etirazlarda 544 nəfər (bunlardan 37-si təhlükəsizlik əməkdaşı, 1-i prokuror, 8-i isə uşaqdır) həlak olub. 10 min 681 nəfər isə saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
3
olaylar.az

4Mənbələr