Astara Rayon İcra Hakimiyyətinin Pəlikeş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus dairəvi möhür itib.
Doğru.az İqtisadiyyat.az-a istinadən bildirir ki, möhür itdiyi üçün etibarsız sayılıb.
Möhürün hansı şəraitdə itib, hələ açıqlanmayıb. Qeyd olunur ki, həmin möhürlə tərtib olunmuş sənədlər hüquqi qüvvəyə malik deyil və rəsmən tanınmır.
Yeni möhürün verilməsi ilə bağlı prosedurlar qanunvericiliyə uyğun həyata keçiriləcək.
DOĞRU.AZ