AZ

Azərbaycana İrandan idxal olunan məhsullar BAHALAŞDI

İrandan idxal olunan məhsulların qiymətində artım müşahidə olunur.

Publika.az Xəzər TV-yə istinadən bildirir ki, qonşu İranda baş verən son hadisələr və daxili qeyri-sabitlik Azərbaycanın istehlak bazarına təsirsiz ötüşmür. Artıq bir neçə gündür ki, paytaxt bazarlarında və topdansatış mərkəzlərində İran istehsalı məhsulların həm qıtlığı, həm də qiymət artımı müşahidə olunur.

Satıcılar bildirirlər ki, əgər bir neçə həftə öncə alıcılar bu məhsulları daha münasib qiymətə tapa bilirdilərsə, məhsul qıt olduğundan qiymətlər artıb.

Satıcılar bildirirlər ki, idxalın zəifləməsi ən çox gündəlik tələbat mallarına, xüsusən də yağ və düyü bazarına zərbə vurub. Ehtiyatlar tükəndikcə, qiymətlər də sürətlə artır. Məişət üçün kimyəvi və yuyucu vasitələr seqmentində də vəziyyət fərqli deyil.

Seçilən
48
11
publika.az

2Mənbələr