“İranla əməkdaşlıq edən bütün ölkələrə 25 faizlik gömrük rüsumları tətbiq olunacaq”.
Paralel.az xəbər verir ki , bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.
“İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ ilə bütün növ əməliyyatlara 25% rüsum ödəyəcək”, - deyə ABŞ prezidenti bildirib.
Tramp qeyd edib ki, qərar dərhal qüvvəyə minəcək və bu sərəncam qətidir.