AZ

Almaniya Ukraynaya zirehli döyüş maşınları verir

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın müdafiə sənayesi şirkəti “Rheinmetall” Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə bu ölkəyə əlavə sistemlər təhvil verəcək.

Hafta.az xbər verir ki, bu barədə şirkətin saytında yazılır. Bildirilir ki, “Lynx KF41” piyadalar üçün zirehli döyüş maşınlarının ilk nümunələri bu ilin əvvəlində Ukraynaya çatdırılacaq.

İlk beş texnika Almaniya tərəfindən maliyyələşdiriləcək. Sonrakı dövrlərdə isə Ukrayna tərəfindən əlavə partiyaların alınması və bu ölkədə istehsalın həyata keçirilməsi nəzərdə tutulur.

“Lynx KF41” döyüş maşınları hazırkı və gələcək əməliyyat tələblərinə cavab vermək üçün xüsusi hazırlanıb. Yüksək təhlükəsizlik standartlarına və mobiliyə malik bu texnika ən çətin döyüş şəraitində heyətin təhlükəsizliyini maksimum qorumaq imkanına malikdir.

Seçilən
31
5
hafta.az

8Mənbələr