Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb.
Senzor.az bildirir ki, bu barədə F.Qəhrəmanlı özü məlumat yayıb.
“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram.
Ancaq mən hara, Ramiz Mehdiyev hara… Ramiz Mehdiyevin dövründə 4 dəfə siyasi sifarişlə şərlənərək cinayət məsuliyyətinə cəlb olunmuşam. Özüm ölkədə olmasam da Ramiz Mehdiyevə qarşı yazdığım yazılarda əslində mənə ünvanlanacaq bütün suallara lazım olan bütün cavablar var”, - deyə F.Qəhrəmanlı vurğulayıb.
Qeyd edək ki, Fuad Qəhrəmanlı hazırda Fransada mühacir həyatı yaşayır.