Fransanın Tehrandakı səfirliyinin müvəqqəti diplomatik heyəti bazar və bazar ertəsi günləri İran ərazisini tərk edib.
NOCOMMENT.az xəbər verir ki, mənbələrin bildirdiyinə görə, bu addım Fransa hökumətinin daxili qərarları çərçivəsində atılıb və səfirlikdə zəruri olmayan personalın sayının azaldılması məqsədi daşıyır.
Qərarın qəbul edilməsinin konkret səbəbləri, eləcə də onun Fransanın Tehrandakı səfirliyinin diplomatik fəaliyyətinə mümkün təsiri barədə əlavə məlumat verilməyib.
Sara